7 yaşlı uşağın AZƏRBAYCAN ƏSGƏRİNƏ məktubu

7 yaşlı Binnur Məmmədova müzəffər Azərbaycan Əsgərinə məktub yazıb. Balaca uşağın yazdıqları sosial şəbəkə istifadəçilərinin diqqətini qazanıb.

AKTUAL TV xəbər verir ki, məktubda belə yazılıb:

Salam əziz Əsgərim!

Mən bilirəm ki, doğma Vətənimiz üçün döyüşürsən, düşməni Azərbaycan torpaqlarından it kimi qovursan. Sən eyni zamanda, Xocalıda, Şuşada, Qaradağlıda, bir sözlə, bütün Qarabağda ermənilərin vəhşicəsinə qətlə yetirdikləri mənim kimi balaca uşaqların qisasını alırsan. Mən Sənə Azərbaycan Bayrağını Şuşada, Xankəndində, Laçında, Qarabağın bütün guşələrində dalğalandırmağı arzulayıram. Atam deyir ki, Azərbaycan Əsgəri millətimin həm tarixini yazır, həm də xoşbəxt gələcəyi uğrunda savaşır. Bu müqəddəs savaşda Sənin arxanda bütün Azərbaycan xalqı dayanıb. Mən də balaca ürəyimlə Sənə dayağam.

Sən Müzəffər Əsgərsən!

Mən Səninlə fəxr edirəm, qürur duyuram!

Binnur Məmmədova, 7 yaş.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]