AKTUAL TV xəbər verir ki, məktubda belə yazılıb:
Salam əziz Əsgərim!
Mən bilirəm ki, doğma Vətənimiz üçün döyüşürsən, düşməni Azərbaycan torpaqlarından it kimi qovursan. Sən eyni zamanda, Xocalıda, Şuşada, Qaradağlıda, bir sözlə, bütün Qarabağda ermənilərin vəhşicəsinə qətlə yetirdikləri mənim kimi balaca uşaqların qisasını alırsan. Mən Sənə Azərbaycan Bayrağını Şuşada, Xankəndində, Laçında, Qarabağın bütün guşələrində dalğalandırmağı arzulayıram. Atam deyir ki, Azərbaycan Əsgəri millətimin həm tarixini yazır, həm də xoşbəxt gələcəyi uğrunda savaşır. Bu müqəddəs savaşda Sənin arxanda bütün Azərbaycan xalqı dayanıb. Mən də balaca ürəyimlə Sənə dayağam.
Sən Müzəffər Əsgərsən!
Mən Səninlə fəxr edirəm, qürur duyuram!
Binnur Məmmədova, 7 yaş.












