Rus İcması “Qarabağ Azərbaycandır” şüarı ilə yürüş keçirdi

Bakıda Azərbaycan -Rus İcması “Qarabağ Azərbaycandır” şüarı ilə yürüş keçiriblər.

 AKTUAL TV xəbər verir ki, İcma üzvləri Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək: “Buna hər birimiz inanırıq. İşğal edilmiş torpaqlar azad ediləcək və məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar. Azad olunan torpaqlara həyat qayıdacaq”. 

Aksiya Azərbaycan, Türkiyə və Rusiya bayraqları altında təşkil edilib.

M.Zabelin qeyd edib ki, Rusiya yalnız Solovyovdan ibarət deyib: “Leonid Koloşnikov, Sergey Barkov, Maksim Şevçenko, məhz bu şəxslər Azərbaycanın tərəfindən çıxış edirlər və Azərbaycanın sərgilədiyi mövqeni dəstəkləyirlər. 

Yürüş iştirakçısı Anastasiya Lavrina bildirib ki, Rus icması Azərbaycanı dəstəkləyir və Azərbaycanın mövqeyindən çıxış edir.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]