Erməni xalqı AYAĞA QALXDI: hakimiyyət və ordu çevrilişi tələb edirlər

Sosial şəbəkələrin Ermənistan seqmentində hazırkı hakimiyyətin orqanlarına qarşı etiraz dalğası yayılıb.

  AKTUAL TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və Daxili İşlər Komissiyasının sədri Andranik Köçəryan deyib.

O bildirib ki, sosial şəbəkə istifadəçiləri cəbhə xəbərlərini geniş auditoriyada yayırlar: “Sosial şəbəkələrdə hakimiyyət dəyişikliyi çağırışları, ordu qüvvələrinin çevrilişi ilə bağlı da çox sayda paylaşımlar edilir. Bunun qarşısını almaq üçün onları məsuliyyətə cəlb etmək lazımdır”.

Müharibədən sonra iqtisadiyyatı sürətlə çökən Ermənistan dövlət büdcəsini doldurmaq üçün hərbi vəziyyəti pozan sosial media istifadəçilərini cərimələmək siyasətinə keçir. Hərbi vəziyyət rejimini pozan şəxsə 300 min dram (yəni 600 dollardan bir az çox) cərimə nəzərdə tutulur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]