Ermənistanın daha bir yalanı ifşa olundu

Ermənistanın daha bir yalanı ifşa olunub.

  AKTUAL TV xəbər verir ki, bu barədə Prezident köməkçisi Hikmət Hacıyev rəsmi tvitter hesabında paylaşım edib.

Belə ki, Ermənistan tərəfinin iddiasına görə, guya Azərbaycan Silahlı Qüvvələri qəbiristanlığı hədəf alıb.

Lakin Hikmət Hacıyevin paylaşımından bu iddianın əsassız olduğu sübuta yetirilib. Belə ki, qəbiristanlığa düşdüyü iddia edilən “Smerç” raketinin mühərrik hissəsində hörümçək torunun olduğu üzə çıxıb.

“Uğursuz erməni saxtakarlığı. Hörümçək torunu təmizləməyi belə unudublar”, – deyə H.Hacıyev qeyd edib.

Dövlət rəsmisi əlavə sübut kimi düşmənin Tərtərin Ələsgərli kəndinə atdığı raketin də fotosunu paylaşıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]