“New York Times”ın haqlı məqaləsi ABŞ ermənilərini qəzəbləndirib

Ermənilər ABŞ-ın “The New York Times” qəzetinin redaksiyasının qarşısında etiraz aksiyası keçiriblər.

   AKTUAL TV “Sputnik Ermənistan”a istinadən bildirir ki, etirazçılar erməni bayraqları və “Qarabağ münaqişəsinin düzgün işıqlandırılması” tələbi ilə redaksiyanın binasının önünə gəliblər.

Etirazçıların narazılığına səbəb “NY Times”ın İstanbuldakı müxbiri Karlotta Qallın reportajları olub.

Qeyd edək ki, məqalədə ermənilərin Azərbaycanın dinc əhalisini raketlə atəşə tutması nəticəsində onlarca insanın həlak olması və yaralanması, ev və obyektlərin zədələnməsi qeyd olunur.

Qəzet Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərini sitat gətirir: “Danışıqlar prosesini başa vuran əsas məsələ Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözləri olub”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]