Paşinyandan ACI ETİRAF: “Rusiyanın neytrallığını anlayırıq”

“Yerevan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqeyinə anlayışla yanaşır”.

  AKTUAL TV xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı bildirib.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçidir və bu statusuna görə öz neytrallığını qoruyub saxlamalıdır”, – deyə N.Paşinyan bildirib.

Ermənistan lideri sözügedən çıxışı ilə əslində Rusiyadan gözlədiyi dəstəyi ala bilmədiyini etiraf edib. Nikol Paşinyanın bu acı etirafının təməlində isə Azərbaycanın uğurlu xarici siyasət xətti və Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması sahəsində qazanılan uğurlar dayanır.

Ermənistanın Baş naziri bu gün Rusiyanın neytrallığını anlayışla qarşıladığını desə də, dünən kömək üçün Moskvanın qapısını döyürdü. Bu zaman haqlı bir sual yaranır: Əgər erməni lider Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytral mövqe nümayiş etdirməsini anlayırdısa, o zaman Moskvaya hərbi yardım üçün müraciətin səbəbi nə idi?

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]