“Əziz ermənilər, yazıq qurban olduğunuzu söyləməyin”

“Ciddi deyirəm, əziz ermənilər, mənə “etnik təmizləmələr” və “öz vətəninizi necə müdafiə etdiyiniz” barədə danışmağı dayandırın. Siz Azərbaycan ərazisində savaşırsınız və yüz minlərlə insanı oradan köçkün salmısınız. Ağdam sizin törətdiyinizin ən gözəl nümunəsidir”.

  AKTUAL TV xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke Ağdamın işğalöncəsi və yeni görüntülərini paylaşaraq tvitterdə yazıb.

“Əlbəttə, bu, Qarabağdan heç bir erməni dinc sakinin qovulması üçün əsas deyil. Lakin mənə (və bütün dünyaya) özünüzün yazıq qurban olduğunuzu və “Azərbaycan terrorçularının” (müəllif ermənilərin təbirincə kinayə ilə vurğulayır ) sizə niyə hücum etməsini anlamadığınızı söyləməyin. Siz onların torpağında döyüşürsünüz. Bunun əksi deyil”, – o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]