İrəvanda Su-25 qalmadı…

Ermənistanın daha 1 Su-25 təyyyarəsi bölmələrimiz tərəfindən məhv edilib.

  AKTUAL TV -nin məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, düşmənın qırıcısı Zəngilan istiqamətində hücuma keçməyə cəhd göstərərkən zərərsizləşdirilib. Bu, artıq düşmənin 7-ci belə qırıcısıdır ki, hərbçilərimiz tərəfindən dəqiq atəşlə məhv edilir.

Hərbi ekspert Ramil Məmmədli deyib ki, sentyabrın 27-dən indiyədək Ermənistan ordusu dəfələrlə hava hücumuna cəhd etsələr də, ordumuz yüksək peşəkarlıqla onların planlarını alt-üst edib. Odur ki, arsenallarında olan Su-25 təyyarələri artıq tükənmək üzrədir.

Ramil Məmmədli bildirib, təkcə Su-25 təyyarələrinin məhv edilməsinə görə Ermənistan ordusuna 70 milyon dollardan çox ziyan dəyib.

Hərbi ekspert həmçinin deyib ki, Ermənistan və Azərbaycanın hərbi potensialı arasındakı kəskin fərq özünü pilotlarımızın bacarıqlarında da göstərir.

O bildirib ki, Ermənistan hava hücumundan müdafiə sistemləri də ordumuz tərəfindən darmadağın edilib. Düşmənin təkcə 6 ədəd S-300 hava hücumundan müdafiə qurğusunun məhv edilməsi düşmən cəbhəsindəki ən böyük itkilərdən hesab olunur.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]