Qarabağdakı erməni ordusuna vurduğumuz ağır zərbəni sübut edən FOTO

Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı hərbi əməliyyatlar zamanı düşmənə vurduğu zərbələr Ermənistanı çıxılmaz vəziyyətə salıb.

AKTUAL TV xəbər verir ki, Milli Ordumuzun dəqiq atəş zərbələri və keçirdiyi uğurlu əməliyyatlar zamanı düşmən tərəfdən xeyli sayda yüksəkrütbəli zabit məhv edilib.

Erməni polkovnik və generalların bir-birinin ardınca zərərsizləşdirilməsi İrəvanı çarəsiz buraxıb. Qondarma rejimin “müdafiə naziri” və onun “müavini”nin məhv edilməsi də bunun bariz nümunəsidir.

Ötən gün əməliyyatlar zamanı qondarma prezident Araik Arutunyanın da məhv edilməsi ilə bağlı məlumatın yayılması ermənilərin tezliklə müharibəni məğlubiyyətlə başa vuracağından xəbər verir. Bu məlumatı erməni tərəfi təsdiqləməsə də, Araik Arutunyanın köhnə kadrlarının sosial şəbəkədə yayılması onun sağ olmasını sual altına salıb.

Bu gün erməni mətbuatında düşmənin daha bir acizliyinin nümunəsi ortaya çıxıb. Belə ki, Dağlıq Qarabağda ordumuza qarşı döyüşən Norayr Mirzoyan adlı zabitə birbaşa döyüş mövqeyində general-mayor paqonları təqdim olunub. Ona general rütbəsini qondarma rejimin “Milli Təhlükəsizlik Xidmətinin rəhbəri” Kamo Aqacanyan təqdim edib.

Bu hadisə əslində erməni tərəfi ilə bağlı iki faktı ortaya qoyub. Birincisi, Ermənistanda Dağlıq Qarabağda gedən döyüşlərdə zabitləri həvəsləndirmək və qaçmağının qarşısını almaq üçün onlara general paqonlarını necə və harada gəldi paylayır.

İkincisi, əgər Araik Arutunyan erməni mətbuatının təqdim etdiyi kimi sağdırsa, nə üçün o paqonlar özü deyil, Kamo Aqacanyan təqdim edib? Əgər sağ olsaydı, təbii ki, Arutunyan özü erməni zabitinə general paqonlarını taxardı.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]