Ordumuza UNİKAL AVADANLIQ GÖNDƏRİLDİ

Ural Federal Dairəsinin Azərbaycan diasporu yanıqların müalicəsi üçün yüksək texnoloji avadanlıqları Azərbaycana göndərib.

AKTUAL TV  xəbər verir ki, iki ədəd “Dermatom” alətinin və onlara əlavə materialların dəyəri 2,2 milyon rubldur.

Tibbi cihazlar Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin köməyi ilə Dərbənddəki Rusiya-Azərbaycan sərhədindən Bakıya göndərilib. Cihazlar yaralanan mülki şəxslərin və Azərbaycan Ordusunun hərbçilərinin müalicəsi üçün hospitala veriləcək. Yeni avadanlıq tibb müəssisəsinə transplantasiya əməliyyatında qabaqcıl texnologiyalar tətbiq etməyə imkan verəcək.

“Dermatom” tibb alətləri yanma sahəsinin 60 faizdən çox olduğu hallarda əvəzolunmazdır. Cihazın köməyi ilə dərinin ölü və zədələnmiş sahələrini kəsib götürmək, həmçinin dəri transplantını daha sonra köçürülməsi üçün kəsmək mümkündür. Cihazın erqonomik dizaynlı və ən yüksək keyfiyyətli bıçaqları həkimlərə bədənin hər yerində manipulyasiya etməyə imkan verir.

Sverdlovsk vilayətinin “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski yüksək texnoloji avadanlıqların alınmasına verdiyi töhfələrə görə diaspor üzvlərinə öz təşəkkürünü bildirib: “Bu gün şahidi olduğumuz hərbi əməliyyatlar təəssüf doğurur, lakin bu, xalqımızın sonsuz dərəcədə birlikdə olduğunun sübutudur. Bütün Azərbaycan xalqının ruh və güc birliyi ilə fəxr edirik. Ümid edirəm ki, bu tibbi avadanlıq həkimlərin zərər çəkmiş şəxslərə keyfiyyətli və vaxtında y

ardım göstərməsinə imkan verəcək”.

O, həmçinin Azərbaycanın cəbhə xəttindəki şəhər və kəndlərində mülki şəxslərin atəşə tutulması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib. Ural Federal Dairəsinin Azərbaycan diasporunun hərbi münaqişə qurbanlarına yardım və dəstək verməsi ilk dəfə deyil.

Şahin Şıxlinski diaspor adından Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün növbəti həmləsinə məruz qalanlara, o cümlədən Silahlı Qüvvələrin ailələrinə dərman preparatları, tibbi avadanlıq və ilk yardım vasitələri şəklində humanitar yardım göstərməyə hazır olduğunu qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]