Paşinyanın idarəçiliyi apardığı müharibədən bəllidir – Deputat

“Ermənistan daim olduğu kimi öz havadarlarına arxayındır. Hər kəsə məlumdur ki, onlar müharibəni öz gücləri hesabına aparmır. Təbii ki, bu işdə onlara yardımçı qüvvələr var”.

Bu fikirləri AKTUAL TV -yə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Ermənistan ən kasıb ölkələr siyahısındadır və ölkənin xarici borcu 8 milyard dollar, dövlət büdcəsi isə 2 milyard dollardan azdır: “Bəs o zaman hardandır bu qədər silah-sursat? Əlbəttə ki, bu, öz havadarlarından aldığı dəstək hesabınadır. Belə bir ölkənin iqtisadiyyatı tənəzzülə məhkumdur. Onlar ac dövlətdir. Heç bir kənar dəstək görmədən ayaqda durmaları isə çətindir. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin gücü ilə onlar bu müharibəyə çox tab gətirə bilməyəcəklər. Artıq beynəlxalq qurumlarda Ermənistan tərəfinin necə murdar xislətli, vicdansız və faşist olduqlarını görürlər”.

E.Səlimov qeyd edib ki, onların törətdiyi əməllər, dinc əhalinin bombalanması, danışıqlar masasında müzakirələrin formatını dəyişmək istəkləri digər dövlətlər tərəfindən də görünür: “Qısa müddət ərzində artıq onların havadarları da bu yardımlardan əl çəkəcək və haqqa dönəcəklər. Çünki Ermənistan heç bir zaman düzgün addımlar atmır. Xalqın başında duran Paşinyan isə cənab Prezident İlham Əliyev dediyi kimi təlxək və düşükdür. Onun kimi küçədən gələn bir insanın necə dövlət idarə edə biləcəyi elə apardığı müharibədən bəllidir. Azərbaycan bu haqq yolunda, zəfər işığında irəliləməkdədir. İnşallah, bütün işğal altında olan torpaqlarımız düşməndən azad olunacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]