ABŞ-ın küçələrini “Qarabağ Azərbaycandır” lövhələri bəzədi

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) şüarının yazıldığı lövhələr quraşdırılıb.

Bu barədə  AKTUAL TV -yə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova məlumat verib.

O bildirib ki, iki nəhəng lövhənin dizaynı ABŞ-da yaşayan həmyerlilərimiz Cəmilə Cavadova və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur. T.Eminova lövhələrin quraşdırıldığı yollarının ermənilərin sıx yaşadığı ərazilər olduğunu deyib: “Lövlələrdən biri gediş-gəliş yolu olmaqla “Fort Lauderdale” beynəlxalq hava limanının önündə, digər iki lövhə isə ABŞ-n bütün şəhər və ştatlarına gedən yolları birləşdirən mərkəzi yola qoyulub. Biz bu məkanları əbəs yerə seçməmişik. Çünki həmin yollar ermənilərin Floridada daha çox məskunlaşdığı ərazilərə – “Boco Raton” və “Palm Beach”ə çıxır”.

T. Eminova ABŞ-da yaşayan Azərbaycan icmasının ermənilərin ədalətsiz işğalçılıq siyasətinə qarşı birləşdiyini deyib: “Bu ənənəni davam etdirəcəyik. Hələ ABŞ-ın bir çox ştatlarında, böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!” bannerləri nümayiş etdiriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]