“Aciz qalan Ermənistan feyk xəbərlər yayır”

"Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərindən, həmçinin Tərtər, Goranboy, Ağcəbədi daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahla, top, minatanlarla atəşə tutub. Əsasən Ağdərə və Xocavənd istiqamətində davam edən döyüşlərdə Zəngilan istiqamətində diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb".

 AKTUAL TV xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdılıb:

“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır. Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir və bu, aydın çəkilən görüntülərdə də əksini tapıb”. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]