Ermənilərin cəmi 1 YOLU QALDI: Qarabağdan qaçmaq üçün…

Ermənistanı Dağlıq Qarabağla cəmi 3 yol birləşdirir.

 AKTUAL TV xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dağlıq Qarabağdan çıxanlar 3-cü yoldan istifadə etməklə Ermənistana keçə bilər.

Qeyd edək ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən yollardan ən əhəmiyyətlisi olan “Laçın dəhlizi” – İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu ötən gün mülki şəxslərin istifadəsinə bağlanıb.

İkinci dəhliz funksiyasını daşıyan Sotk-Karvaçar, yəni İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi yolu isə 25 oktyabrda mülki şəxslərin keçidi üçün qadağan olunub.

Üçüncü dəhliz Vardenis-Ağdərə magistral yoludur ki, bu yol Kəlbəcərin mərkəzini Qeqarkunik vilayətinin Norabak kəndindən keçməklə İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi şossesinə, yəni 2-ci dəhlizə birləşdirir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]