Qarabağda ölüm saçan silah ABŞ-ı qorxuya saldı – Hərəkətə keçdilər

ABŞ-ın “Garmin” texnologiya şirkəti Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatları ilə bağlı araşdırmalara başlayıb.

 AKTUAL TV xəbər verir ki,Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda həmin PUA-lardan istifadə etməsindən “narahat olan” şirkət öz istehsalı olan ehtiyat hissələrinin “Bayraktar” istehsalçılarına çatmamaları üçün bütün tədbirləri görəcək.

Bu barədə “Garmin”in rəsmi internet səhifəsində bildirilib.

Qeyd edək ki, dünyada analoqu olmayan “Bayraktar TB-2” pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı əks-hücum və işğaldan azadetmə əməliyyatlarında ordumuzun gücünə güc qatır. Bundan əvvəl Suriya və Liviyada Türkiyə Silahlı Qüvvələrinin arsenalında istifadə olunan PUA-lara qarşı dünyada heç bir mühafizə və məhvetmə mexanizmi yoxdur. Bu da onu ölümcül edən əsas səbəblərdən biridir.

Dünyanın PUA sənayesində Türkiyəni sürətlə irəli daşıyan “Bayraktar” bütün bu səbəblərə görə Qərbdə sanksiyalarla qarşılaşır. Belə ki, Kanadanın “Wescam” şirkəti “Bayraktar” üçün optik sensorlar verməkdən imtina edib. Avstriyanın “Rotax” şirkəti (Kanadanın “Bombardier” holdinqinin bir hissəsi) mühərrikləri, ABŞ-ın “Viasat” şirkəti rabitə sistemlərini və “Trimble” Naviqasiya GPS qəbuledicilərini verməkdən imtina edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]