Azərbaycanın 3 sərhəd qonşusu toplanır

Rusiya, İran və Türkiyənin daxil olduğu Astana formatının növbəti iclasının gündəliyi hazırlanır.

 AKTUAL TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O bildirib ki, ölkəsi koronavirus pandemiyası səbəbilə son iclası təxirə salınan Astana formatının qorunmasında maraqlıdır.

“Ortaqlarla birlikdə Astana toplantılarını sadəcə yeni mövzularla deyil, eyni zamanda, mövcud problemlərin öhdəsindən gəlmə imkanlarını da müzakirə edərək necə hazırlaya biləcəyimizi və beləliklə, toplantının məzmununu effektiv və funksional səviyyəyə gətirmək üçün bu məcburi təxirəsalmadan yararlanmağa çalışırıq”, – sözçü bildirib.

Qeyd edək ki, Astana formatının 15-ci toplantısı bu ilin mart ayında baş tutmalı idi.

Növbəti iclasın gündəminə Dağlıq Qarabağ məsələsinin daxil ediləcəyi istisna olunmur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]