AKTUAL TV xəbər verir ki, Sedat Peker paylaşımında bu sözləri yazıb: “Əziz dostlarım,
Qardaş AZƏRBAYCAN dövləti öz torpağı olan (Türkün öz yurdu olan Qarabağın) işğalına son qoymaq üçün ermənistan dövləti ilə müharibə edir.
Ermənilər mülki şəxslərin yaşadıqları yerlərə hücum edərək bir çox mülki şəxsi öldürsələr də, dünya mediası bu müharibə cinayətinə susur. Və sanki bu əməlləri bir ayıb deyilmiş kimi, işğal altındakı torpaqlarını xilas etmək üçün cəsarətlə mübarizə aparan AZƏRBAYCAN dövlətini günahlandırmağa çalışırlar.
AZƏRBAYCAN dövləti bir gün qurulacaq BİRLƏŞMİŞ TÜRK DÖVLƏTLƏRİNİN qəlbi və ürəyidir. Bəlkə də dünya mediasında söz sahibi deyilik, amma sosial şəbəkələrdə bacardığımız qədər bu haqsızlığı dilə gətirərək AZƏRBAYCAN qardaşlarımızın yanında olmalıyıq.
@Sinanakcil və @saideguliyeva tərəfindən duet şəklində hazırlanan bu mahnı çox dəyərli və çox mənalıdır, bacardığımız qədər bu mahnını və bənzər əsərləri paylaşaraq AZƏRBAYCAN xalqına dəstək verməliyik.
YAŞAMAQ ÜMİDDİR
REİS SEDAT PEKER”












