Almaniyada Azərbaycana dəstək aksiyası keçirildi

Almaniyanın Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçiriblər.

 AKTUAL TV xəbər verir ki, Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən dinc aksiyada həmvətənlilərimizlə yanaşı, qardaş Türkiyə və digər Azərbaycana dost xalqların nümayəndələri də iştirak ediblər.

Dinc aksiya Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə dəstək məqsədilə keçirilir. Bununla yanaşı, məqsəd həm də yerli KİV-lərin bu hadisələri obyektiv işıqlandırmağa çağırmaqdır.

Aksiya iştirakçıları Ermənistanı Azərbaycan ərazilərinin qanunsuz hərbi işğalına son qoymağa çağırdılar. Aksiyada Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən terror aktı nəticəsində həyatını itirmiş mülkü insanların yaxınları da iştirak edirdilər.

Aksiya çərçivəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi qanlı faciələri haqqında müxtəlif dillərdə çap olunmuş məlumat kitabçaları paylanılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]