“Qarabağın məşhur müəllimləri” – Lətif Kərimov

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Lətif Kərimovdur.

 AKTUAL TV xəbər verir ki, o,1906-cı ildə Şuşa şəhərində anadan olub. Lətif Kərimov Azərbaycanda xalçaçılıq elminin banisidir. Azərbaycan Respublikası Elmlər Akademiyasının (indiki AMEA) Memarlıq və İncəsənət İnstitutunda ayrıca xalça sənəti şöbəsini açmağa nail olub, ömrünün sonunadək həmin şöbənin rəhbəri kimi çalışıb, eyni zamanda M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olub.

Xalça sənətinə məhəbbəti olan Lətif Kərimovun ilk dəfə olaraq Bakıda və Qubada (1932–1936) xalça məktəblərinin açılmasında böyük zəhməti olub. Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar xalçaçı rəssamların yetişdirilməsi məhz onun adı ilə bağlıdır. Həm tələbkar, həm də mərhəmətli müəllim olub. O, təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib. Görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb. Böyük sənətkarın təşəbbüsü ilə 1967-ci ildə Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə onun adı verilib.

“Şuşa havamdır” deyən Lətif Kərimov, “Ən sevimli xalçanız hansıdır?” sualına belə cavab verib: “Özümün yaratdığım bütün xalçalar mənim üçün əzizdir”.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]