Layihə çərçivəsində ilk təlim keçirilib

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi “Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi istiqamətində onlayn təlimlərin təşkili” adlı layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirmişdir.

AKTUAL TV xəbər verir ki, layihənin məqsədi gənclərin diaspora fəaliyyətinə cəlb edilməsi və diaspora işlərində gənclərin könüllülük fəaliyyətinin təmin edilməsi və dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir. 
İki ay müddətində icra olunan layihə 5 təlim iki növbə üzrə nəzərdə tutulmuşdur. 
“Könüllülük nədir?” mövzusunda keçirilən ilk təlimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Leyla Həmzəyeva həyata keçirmişdir. Layla Həmzəyeva  könüllülük fəaliyyət, könüllülük fəaliyyətin istiqaməti və könüllünün əsas vəzifələri haqqında təlimə qoşulan gənclərə geniş məlumat vermişdir. Sonda təlim gənclərin maraqlı sual-cavabı ilə yekunlaşdırılmışdır. 

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]