QHT-lər Fransa Senatının qərəzli qətnamə qəbul etməsinə etiraz olaraq bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirdi

Fransa Senatının qərəzli qətnamə qəbul etməsinə etiraz olaraq bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib.

  AKTUAL TV xəbər verir ki, 40-a yaxın QHT-nin nümayəndəsi “Qarabağ Azərbaycandır!”, “Fransa, ədalətli ol!”, “Beynəlxalq hüquqa hörmət et”, “Fransa, ATƏT-dən rədd ol!” kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları səfirlik qarşısında bəyanat səsləndiriblər. Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 10-da əldə edilmiş razılaşmaya kölgə salır. Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizmə göz yumaraq riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi.
“Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv olunmasını tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik. Senatın qətnaməsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin”, – deyə bəyanatda qeyd edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]