Şuranın dəstəyi ilə Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi mövzusunda onlayn təlim keçirilib

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi “Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi istiqamətində onlayn təlimlərin təşkili” adlı layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirmişdir.

AKTUAL TV xəbər verir ki, layihənin məqsədi gənclərin diaspora fəaliyyətinə cəlb edilməsi və diaspora işlərində gənclərin könüllülük fəaliyyətinin təmin edilməsi və dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir. İki ay müddətində icra olunan layihə 5 təlim iki növbə üzrə nəzərdə tutulmuşdur. “Diaspora könüllülərinin Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiətə çatdırılmasında rolu” mövzusunda keçirilən növbəti təlimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Vəfa Hüseynova həyata keçirmişdir. Vəfa Hüseynova mövzu ilə bağlı məlumat verərək qeyd etdi ki, gəncləri sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin təbliği, vətənpərvərliklə bağlı paylaşımlarda fəal iştirak edirlər. Son günlərdə işğalçı Ermənistan dövləti tərəfindən Gəncə istiqamətində baş verən hadisələr isə Azərbaycan gənclərinin milli-mənəvi ruhda yetişdiyini göstərdi. Gənc nəcil bir daha sübut etdi ki, onlar öz Prezidentlərinin-cənab İlham Əliyevin ətrafında sıx birləşib və işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazır olduqlarını Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik nümunələri tədqirəlayiqdir və bu da gənclərimizin monolitliyinin, Ali Baş Komandanın ətrafında sıx birləşməsinin, mübarizliyinin və vətənpərvərliyinin təsdiqidir.Təlim çərçivəsində “Diaspora könüllülərinin Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiətə çatdırılmasında rolu” mövzusu geniş müzakirə edilərək, iştirakçıların maraqlı sual-cavabları ilə yekunlaşdırıldı.  Sonda təlimin təşkilində yaxından iştirak edən  Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. 

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]