“Anam koronavirusdan yox, FHN-nin xəstəxanasındakı qəzada öldü” – Məşhur QHT rəhbərinin oğlu

Bu gün koronavirusdan vəfat etdiyi bildirilən “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın oğlu anasının xəstəlikdən yox qəza nəticəsində həyatını itirdiyini bildirib.

AKTUAL TV xəbər verir ki, onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığda yerləşən modul tipli xəstəxanasında həqiqətən qəza baş verib:

“Feysbukda yazılanlar doğrudur. Təəssüflər olsun ki, FHN-in modul tipli xəstəxanasında qəza baş verib. Qəzanın baş verdiyi korpusda oksigenlə bağlı problem var idi. Bu itki koronavirusa görə yox, qəzaya görə baş verdi. Bir korpusda 15 nəfər vəfat edib”.

Xatırladaq ki, iki gün öncə FHN-nin modul tipli xəstəxanasında qəza baş verdiyi ilə bağlı sosial şəbəkələrdə xəbər yayılmışdı. Amma FHN məlumatı təkzib etmişdi.”

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]