Əməkdar artist Atabala Səfərov vəfat etdi

Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov dünyasını dəyişib.

 AKTUAL TV -nin Teatrının mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, A.Səfərov bu gün səhər saatlarında 71 yaşında vəfat edib.

Qeyd edək ki, Atabala Səfərov 1949-cu ildə dünyaya gəlib. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib və həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olub, özünü tamaşaçılara sevdirə bilib.

1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışıb, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb və burada yaradıcılıq fəaliyyətini davam etdirib. Bu müddətdə o, “Subaylarınızdan görəsiniz” tamaşasında Seyfi, “Səhnədə məhəbbət”də Milyonçu, “Bir saat xəlifəlik”də Bəhlul Danəndə, “Birgünlük siğə”də Qazi, “Şeytanın yubileyi”ndə Səlim və s. kimi rollarda uğurla çıxış edib.

A.Səfərov 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

O, görkəmli aktyor Bəşir Səfəroğlunun yaxın qohumudur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]