Ufuk Kamal: “İnformasiya və diaspor cəbhəsində savaşımızın yeni mərhələsi başlayır”

“Biz, xalqımıza və dövlətimizin başçısına bəyan etmək istəyirik ki, tarixi Vətənimizin, bütün sahələrdə qüdrətlənən Azərbaycan dövlətinin maraqlarına xidmət etməkdən qürur duyur və Vətənimizin mənafeyi üçün gördüyümüz ən xırda işə görə fəxarət hissi keçiririk”.

 AKTUAL TV xəbər verir ki, bu fikirlər Almaniyada yaşayan azərbaycanlılar adından yayılan bəyanatda yer alıb.

Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk bildirib ki, dövlətimizin, xalqımızın maraqlarını qorumaq, şanlı ordumuza dəstək göstərmək, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın mənəvi və vicdani borcu, qədim və şanlı tariximiz qarşısında şərəfli bir missiyasıdır:

“Hətta Azərbaycan dövləti tərəfindən heç bir maddi və mənəvi dəstəyi gözləmədən də hər birimiz, hər zaman ölkəmizə öz xidmətini, dəstəyini nümayiş etdirməyə, haqlı mövqeyimizi dünyaya çatdırmağa, xüsusən də Vətənimizin hərbi və siyasi meydanda mübarizə apardığı dönəmdə var gücünü birləşdirməyə borcluyuq. Bu, bir minnət, bir ehtiram deyil, ürəyimizdən gələn Vətən naminə bir vəfa borcu, əsil-nəcabətə bağlılıq rəmzidir.

Vətən Müharibəsi göstərdi ki, ölkəmiz üçün həlledici tarixi dönəmdə bizlər, təmənnasız olaraq, heç bir şəxsi maraq güdməyərək öz vəfa borcumuzu, Vətənimizə bağlılığımızı nümayiş etdirdik, dövlətimizin, onun rəhbərinin və ordumuzun yanında dayandıq”.

Ufuk Kamal Ufuk “çox qürurvericidir ki, hər zaman olduğu kimi, bu vacib dönəmlərdə də Azərbaycan dövləti, Diasporla İş üzrə Dövlət Komitəsi də bizim yanımızda oldu, yolumuza işıq tutdu, maddi, mənəvi dəstəyini göstərdi”, – deyə əlavə edib:

“Biz – Almaniyada fəaliyyət göstərən azərbaycanlılar olaraq Vətənin ağır və şərəfli dönəmində gördüyümüz işləri dəyərləndirərək bir sıra üzvlərimizin və soydaşlarımızın “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilməsinə və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Təşəkkürnamə”lərin təqdim edilməsinə görə dərin minnətdarlığımızı bildiririk.

Döyüş meydanında müharibəmiz bitsə də, informasiya və diaspor cəbhəsində savaşımızın yeni mərhələsi başlayır. Biz 44 gün ərzində göstərdiyimiz birlik və həmrəyliyi gücləndirərək fəaliyyətimizi daha mütəşəkkil, zəfər əhval-ruhiyyəsi ilə davam edəcəyik. Bizim – Azərbaycanı sevənlərin Vətən üçün gördüyü kiçik işlərə verdiyiniz yüksək dəyərə görə, dərin təşəkkürmüzü bildirir, hər zaman dövlətimizin, ölkə başçısının yanında olduğumuzu vurğulayırıq. Dünya Azərbaycanlılarının Həmrəyylik Günü və Yeni iliniz mübarək olsun!”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]