Birliyimizin davamlı olması üçün bir vətəndaş kimi dövlətimizə dəstək olaq! – QHT sədri

Azərbaycanda bəzi sahələr dövlətin birbaşa dəstəyi və himayəsi altındadır. Həmin sahələrdə dövlətin dəstəyi ilə stabillik hökm sürür və bir sözlə qiymətlər stabil qalır. Dövlət bəzən məcburi qiymət artımı addımı atsa da, buna rəğmən həyati vacib sahələri, xüsusən də həssas sosial qruplara təsir edən sahələri qiymət artımından qoruyur.

 AKTUAL TV  xəbər verir ki, bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib: “Məsələn uzun müddətdir ki, un və un məhsulları qiyməti dövlət tərəfindən qorunur. Kənd təsərrüfatına müxtəlif formada dəstək mexanizmləri mövcuddur ki, bu da ölkəmizin dayanıqlı ərzaq ehtiyatının formalaşmasına və məşğulluğun təmin olunmasına hesablanan addımlardandır. Nəqliyyat  və xüsusən metro uzun müddətdir ki, dövlət dotasiyası ilə fəaliyyət göstərir.  Qonşu ölkələrdə az qala hər gün xarici valyutanın bahalaşdığı bir dövrdə, Azərbaycanda bu sahədə də stabillik hökm sürür. Hökümət bu stabilliyi saxlamaqla ölkədə ərzaq məhsullarının qiymətinin artmasına mane olur. Bütün bu dəstək mexanizmlərindən ölkənin bütün vətəndaşları yararlanır. “
Təşkilat sədri eyni zamanda qeyd edib ki,  2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub.  “2019-cu ildəki iki sosial paketin əhatə dairəsi  ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.”
2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb. 
C.Hüseyznadənin sözlərinə görə, 2020-ci il dünyada ağır iqtisadi vəziyyət ilə yadda qaldı. “Azərbaycan da dünya birliyinin üzvü kimi eyni problemləri yaşadı.  Lakin ölkəmiz eyni zamanda 2020-ci ili qələbə ili kimi başa vurdu. 44 günlük müharibə Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbələri ilə yadda qaldı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müharibənin iqtisadi və sosial təsirləri təkcə 44 günlük döyüş zamanını əhatələmir. Halbu ki, həmin 44 günlük müharibə də kifayət qədər böyük vəsaitlər tələb edirdi. Məhz prezident İlham Əliyevin tapşırığı ilə, ordumuz ən yüksək texniki imkanlara malik silahlar və döyüş texnikası ilə təmin olunmuşdur ki, döyüşlərdə şəhidlərimizin sayı az olsun.  Müharibədən sonra da dövlətimizin üzərində ciddi öhdəliklər dayanır. İşğaldan azad olunmuş ərazilərin bərpası, eyni zamanda şəhidlərimizin ailə üzvlərinin, müharibə nəticəsində əlilliyi yaranmış şəxslərin və müharibə veteranlarının problemlərinin həlli istiqamətdə müvafiq tədbirlərinin görülməsi böyük vəsaitlər tələb edir.
Dövlət bu xərcləri qeyri şərtsiz olaraq öz üzərinə alıb və ilk gündən bu istiqamətdə ciddi addımlar atmaqdadır. Hazırda bir tərəfdə 30 il müddətində böyük vəsaitlər hesabına inkişaf etmiş şəhər və rayonlarımız, digər tərəfdə isə ermənilər tərəfindən viran qoyulmuş Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Laçın, Kəlbəcər rayonları və yaxud 80-cilləri xatırladan Şuşa şəhəri var.Bu ərazilərin bərpası və inkişafı üçün 30 il gözləyə bilmərik. Dövlətimizin qarşında duran ilk məsələ həmin ərazilərin ən tez zamanda bərpa olunmasına və inkişafına nail olmaqdır. Belə bir şəraitdə və eyni zamanda dünyada baş verən qiymət artımı fonunda benzinin 10 qəpik, dizel yanacağının 20 qəpik artımını faciəyə çevirmək nə dərəcədə düzgündür? Həssas sahələr dövlətin himayəsində qalır və bu qiymət artımın digər sahələr hər hansı təsirinin olmaması üçün qabaqlayıcı tədbirlər görülür. Axı 1 ay öncə hər birimiz  şəhidlərimizin ailələrinə  və qazilərimizə dəstək üçün hər ay xüsusi fonda ianələrin edilməsin təklif edirdik. Bu qiymət dəyişikliyindən əldə olunan əlavə vəsait də, dövlət büdcəsinə daxil olur. Həmin vəsait yenidən həssas sosial qrupların problemlərinin həli üçün Azərbaycan vətəndaşlarına qayıdır. İndi təkcə sözdə deyil, əməldə də bir olmaq vaxtdır. Necə ki,  44 günlük müharibə hər birimiz bu birliyi, bu gücü gördük. Çox möhtəşəm birliyimizin  davamlı olması üçün bir vətəndaş kimi dövlətimizə dəstək olaq!”

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]