“Sənə nifrət etdiyim qədər heç düşmənimə nifrət etmirəm” – Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə ötən gün vəfat edən bəstəkar Nailə Mirməmmədli ilə bağlı paylaşım edib.

 AKTUAL TV xəbər verir ki, sənətçi yayımladığı statusta bunları yazıb:

“Ey zalım dünya, sənə niftət edirəm. Bəlkə də sənə nifrət etdiyim qədər heç düşmənimə nifrət etmirəm. Kimləri almadın əlimizdən? Nə qədər qəddar olduğunu hər an, hər dəqiqə sübut edirsən. Daha öldür bizi, çıx axırımıza…

Bir-bir yox, kütləvi şəkildə apar bizi. İl başlayandan, ancaq itkilər. Əvvəl virus qurbanları, sonra şəhidlər. Son günlərdə eşitdiyim ən üzücü xəbər. Nailə xanımın bu xəbərinə heç inanmadım. İnanın ki, axır vaxtlar ölmək keçir ürəyimdən. Hər səhər yuxudan ayılanda, “Allah, al canımı bitsin bu əzablar” deyirəm. Onsuz da ölü kimi bir şeyik. Belə həyat olar? Allah, sənə rəhmət eləsin, bacım!”

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]