Nazirlə Tural Gəncəliyev arasında videoformatda görüş keçirilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev ilə videoformatda görüş keçirib.

Mədəniyyət Nazirliyindən AKTUAL TV -yə verilən məlumata görə, görüş zamanı gələcək əməkdaşlıq və birgə layihələr barədə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ölkə rəhbərliyinin müəyyən etydiyi istiqamətlər üzrə görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın dirçəldilməsi məqsədilə Nazirlik tərəfindən bir neçə prioritet istiqamətlər üzrə iş aparılmasının nəzərdə tutulduğunu və bir neçə layihəyə artıq başlanıldığını bildirib. Bunlar arasında həmin ərazilərin tarixi abidələrinin və mədəniyyət müəssisələrinin bərpası, Qarabağdan olan əhalinin adət-ənənələrinin bərpası (“Yurda qayıdış” layihəsi) və Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıdışının beynəlxalq səviyyədə təbliğini qeyd edib. Həmçinin Nazirlik tərəfindən həyata keçirilən “Qarabağnamə” layihəsinin ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandığını vurğulayıb.

Görüş zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən digər layihələr barədə də məlumat verilib.

Tural Gəncəliyev, öz növbəsində, Nazirlik ilə İctimai Birlik arasında əməkdaşlıq haqqında danışıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin və birgə layihələrin icrasının əhəmiyyətini qeyd edib.

Görüşün sonunda Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Mədəniyyət Nazirliyinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə birlikdə ölkə rəhbərliyi tərəfindən müəyyən edilən tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə inam ifadə edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]