Qarabağda muzeylərin təşkili üç istiqamətdə aparılmalıdır

Azərbaycanın Qarabağ bölgəsində infrastrukturun bərpası qədər muzeylərin yaradılması da önəmli sayılmalıdır.

Bunu  AKTUAL TV -yə AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı işğaldan azad olunmuş rayonlarda muzeylərin yaradılmalı olduğunu deyən şöbə müdiri bildirib ki, insan sadəcə oxumaqla deyil, görməklə və toxunmaqla hadisələri daha geniş şəkildə yaddaşına həkk edir. Eyni zamanda, Azərbaycana səfər edən hər hansı bir qonaq yazılı mətindən daha çox vizual məlumatlara diqqət yetirəcək. Beləliklə, biz öz tariximizi təbliğ edərək informasiya müharibəsində mövcud olan üstünlüyümüzü birə on qat daha artıracağıq”.

B.Quliyev qeyd edib ki, bundan başqa, muzeylərin yaradılması ən qədim abidələrə malik olan Azərbaycana qarşı marağın artmasına səbəb olacaq və bu da turizmə müsbət təsir edəcək.

Muzeylərin yaradılması ideyasının Prezidenti İlham Əliyevin dərin uzaqgörən siyasətinin mövcudluğunu bir daha göstərdiyini deyən B.Quliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaradılacaq muzeylərin təşkili üç istiqamətdə aparılmalıdır. Birincisi, dağıdılmış şəhərlərin təxmini böyük bir məhəllə böyüklüyündəki parçasını hasara alaraq heç toxunmadan muzey halına gətirmək, açıq hava muzeyi yaratmaq olar. Buraya hətta Ermənistana məxsus qənimət kimi əldə etdiyimiz hərbi texnika və sursat yerləşdirmək olar. Plastik manekenlərdən hərbi formalı əsgər modelləri qurmaq daha gerçək ab-hava yaradacaq. Bu muzeylərin içində həmin rayonların işğaldan azad edilməsi uğrunda şəhid olmuş oğullarımızın adları olan lövhələr quraşdırmaq olar.

Bu cür muzeylərin bütün rayonlarda olmasını vacib sayan B.Quliyev bildirib ki, Xocalı şəhərində hətta Xocalı faciəsini əks etdirən bir muzey mütləq yaradılmalıdır.

Muzeylərin təşkilinin ikinci istiqaməti barədə danışan alim deyib ki, 90 faizi və ya tamamilə salamat qalmış tarixi abidələr müəyyən olunmalı, onların əksik yönləri tamamlanmalı və inventarlaşdırılıb muzey halına gətirilməlidir. Azıx mağarasında Qobustandakına bənzər və daha real olan muzey yaradıla bilər. Dini abidələr də qeydiyyata alınıb, muzey halına gətirilməlidir. Bu prosesdə ilk olaraq abidə komplekslərinə üstünlük verilməlidir. Üçüncü istiqamət isə son mərhələdir. İnfrastruktur yaradılmış rayonlarda muzey binalarının tikilməsi və dağıdılmış abidələrin bərpa olunmasıdır.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]