“Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək

Yanvarın 10-u Bakı vaxtilə saat 21-də Londonda fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və "Red Hearts" Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə "Qarabağın Səsi" ("Voice of Karabakh") adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AKTUAL TV -yə verilən məlumata görə, Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərərçəkmiş mülki əhaliyə dəstək göstərməkdir. Konsertdə ölkəmizin tanınmış müqənniləri Fidan Hacıyeva, Mirələm Mirələmov, Tünzalə Ağayeva, Miri Yusif, Murad Arif və digərləri iştirak edəcəklər.

“Qarabağın Səsi” xeyriyyə konserti Azərbaycan Beynəlxalq Cəmiyyətinin youtube kanalı vasitəsilə nümayiş etdiriləcək.

Konsertin anonsunu aşağıdakı linkdən izləmək olar:

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]