Media orqanları ilk növbədə yüksək peşəkarlıq və həssaslıq nümayiş etdirməlidir – RƏY

“İnformasiya müstəvisindəki işlərin vəziyyəti hər zaman həm dövlət, həm də bu sahənin peşəkarları tərəfindən ciddi diqqət tələb edən sahədir. Yəni heç vaxt hesab etmək olmaz ki, informasiya təhlükəsizliyinin təmin olunması sarıdan işlər ən yüksək səviyyədə qurulub və bu sahədə hansısa problem meydana çıxa bilməz”.

Bu fikirləri AKTUAL TV -yə açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, informasiya onun üzərində saatbasat, gündəlik və anbaban xüsusi nəzarət və həssaslıq tələb edən sahədir.

A.Quliyevin sözlərinə görə, bu nöqteyi-nəzərdən biz informasiya təhlükəsizliyi ilə bağlı zaman-zaman müəyyən problemlərlə üzləşirik: “Çox təəssüflər olsun ki, hətta böyük təcrübə sahibi sayılan media mənsubları və media orqanları da bəzən bu cür səhv addımlara uya bilirlər. Xüsusilə də Ermənistanla apardığımız və hələ də bitməyən informasiya müharibəsinin gedişində biz bunun dəfələrlə müşahidə etmişik. 2017-ci ilin avqustunda və ondan sonrakı dövlərdə, müəyyən mərhələlərdə erməni informasiya təxribat maşınının hansı yalanları uydurmasının, onu informasiya məkanına buraxması və təəssüf ki, bu informasiya maxinasiyasının tələsinə bəzən Azərbaycanda kimlərinsə düşməsinin şahidi olmuşuq”.

A.Quliyev əlavə edib ki, bu səbəbdən media orqanları və mənsubları birinci növbədə yüksək peşəkarlıq və həssaslıq nümayiş etdirməli, hər hansı informasiyanın düşmənin hansı mətbəxində hazırlandığına və bunun nə kimi məqsədlərə xidmət etdiyinə xüsusi diqqət göstərilməlidir: “Əks halda biz özümüz də düşmənin informasiya təxribatlarının müəyyən daşıyıcısına və yayıcılarına çevrilə bilərik. Bir sözlə, burada həm informasiya təhülkəsizliyi mexanizmləri üzərində dövlətin nəzarətinin daim işlək vəziyyətdə olmasına, həm də jurnalistlərimizin özlərinin peşəkarlıq səviyyəsini daim yüksək səviyyədə saxlamalarına və qayğısına qalmalarına ehtiyac var. Burada jurnalistlərimizdən və media orqanlarımızdan, həm də informasiya təhlükəsizliyi sahəsində dövlət nəzarət mexanizminin yüksək səviyyədə işləməsindən çox şey asılıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]