Bakı Moskva görüşündə vacib nailiyyət əldə etdi – Zülfüqarov

“Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə Moskvada baş tutan görüşlərlə bağlı ilk növbədə onu qeyd etmək lazımdır ki, rəsmi Bakı üçün çox vacib olan bir məsələ - üçtərəfli bəyannamədə göstərilən Naxçıvanla Zəngəzuru birləşdirən Mehri dəhlizinin bərpasının praktik cəhətdən icrası ilə bağlı çox vacib nailiyyət əldə edildi. Orada vacib məqamlardan biri ondan ibarətdir ki, bu yolun bərpasında təkcə Azərbaycanın yox, həm də Rusiyanın maraqları var”.

Bunu AKTUAL TV -yə açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov yanvarın 11-də Rusiya paytaxtında Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin iştirakı ilə baş tutan üçtərəfli görüşün nəticələrindən danışarkən deyib. Politoloqun fikrincə, bununla Bakı ilə Ankara arasındakı ticari əlaqələr daha da yüksələn xətlə inkişaf edəcək:

“Bəlkə bu prosesə gələcəkdə İran da qoşulacaq. Biz bilirik ki, Naxçıvanda artıq hazır olan və sovetlər dövründən bəri istifadə olunan bir bağlantı – dəmir yolu xətti var. Bu baxımdan Moskva görüşündəki bəyanatda əks olunan bu müddəa çox vacib və gələcəkdə böyük dividendlər gətirən bir layihədir. Artıq üçtərəfli bəyannamənin nəticəsində Ermənistan bu münaqişənin bir tərəfi kimi heç bir səlahiyyətə malik olmayacaq. Dağlıq Qarabağdakı erməni əhalisi ilə bağlı məsələləri Azərbaycan öz qərarı ilə Rusiya-Türkiyə formatında həll etmək niyyətindədir. Bu baxımdan həmin niyyətin qarşısını almaq üçün bu bəyanatlar verilir”.

Tofiq Zülfüqarovun fikrincə, ümumiyyətlə, Moskva görüşünə baxanda biz görürük ki, Azərbaycan bəzi məqamlarda incə, eyni zamanda effektiv strategiya tətbiq edir:

“Erməni tərəfinin qərbyönümlü istəklərinin qarşısını almaq üçün Rusiya-Türkiyə formatını irəli sürür. Eyni zamanda, Kremlin siyasətində olan ermənipərəst meylləri regionda məhz Türkiyənin varlığı ilə neytrallaşdırır. Gördüyünüz kimi bəzi məqamlarda tətbiq olunan bu incə sxem çox effektiv şəkildə dünənki Moskva görüşündə özünü büruzə verdi. Hesab edirəm ki, bu, bizim uğurlarımızı təmin edən bir strategiyadır. Həm də gələcəkdə buna bənzər nailiyyətlər əldə etməyə imkan yaradan amildir”.

Qeyd edək ki, Moskva görüşünün sonunda üç tərəfin iştirakı ilə bəyanat imzalanıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]