Deputat şəhid məzarlarına görə etiraz etdi, məsələ həllini tapdı

Deputat Fatma Yıldırım Bərdədə şəhid məzarlarına baş daşlarının qoyulmamasına etiraz edib.

AKTUAL TV -nin xəbərinə görə, bununla bağlı deputat Fatma Yıldırım (Bərdəni təmsil edən deputat) “Facebook” hesabında yazıb.

“Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş Bərdə rayon şəhidlərimizin dəfn olunduqları Şəhidlər Xiyabanını bir daha ziyarət etdik. Onlar canlarını fəda edərək xalqımıza böyük qələbə sevinci yaşatdılar və illərdir həsrətini çəkdiyimiz torpaqlara bizi qovuşdurdular. Qəhrəmanlıq salnaməsi yazaraq, öz şücaətləri ilə şəhidlərimizin hər biri bir dastana döndü”, – deyə F.Yıldırım bildirib.

Deputat əlavə edib ki, bununla belə Vətən müharibəsində şəhid olmuş oğullarımızın baş daşlarının hələ də qoyulmaması onu çox məyus edib.

Deputat bununla bağlı məsələyə aydınlıq gətirilməsi üçün Bərdə Rayon İcra Hakimiyyətinin rəhbər heyəti ilə Şəhidlər Xiyabanına birgə baxış keçirib. O, işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

“Bizə verilən məlumata görə, yaxın günlərdə işlər yekunlaşacaq və eyni zamanda Şəhidlər Xiyabanında geniş abadlıq işləri də aparılacaq”, – deyə F.Yıldırım məlumat verib.  

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Bərdə Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsində şəhid olan şəxslərə baş daşlarının qoyulmaması etirazla qarşılanıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]