ICESCO-nun Baş direktorundan İlham Əliyevə Qələbə hədiyyəsi – YENİLƏNİB + FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qələbə münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsini təqdim edib.

AKTUAL TV -nin məlumatına görə, hədiyyəni təqdim edən zaman Salim bin Məhəmməd əl-Malik qılıncın tarixi və üzərindəki yazılarla bağlı geniş məlumat verib.

Salim bin Məhəmməd əl-Malik: “Bu, Qələbəni əks etdirir. Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var”.

Prezident İlham Əliyev: “Çox sağ olun”.

Salim bin Məhəmməd əl-Malik: “Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var”.

Prezident İlham Əliyev: “Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm”.

13:02

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qələbə münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsini təqdim edib. 

Bununla bağlı AZƏRTAC məlumat və fotolar yayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]