Markovdan SENSASİON AÇIQLAMA: “Azərbaycan üçüncü mərhələdə Dağlıq Qarabağı…”

"Rəsmi Bakı artıq Dağlıq Qarabağın tamamilə Azərbaycanın tərkibinə qaytarılmasının üçüncü mərhələsinə daxil olur".

AKTUAL TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Dağlıq Qarabağla bağlı prosesləri şərh edərkən deyib.

O bildirib ki, birinci mərhələdə Azərbaycan şiddətli müharibə nəticəsində Ermənistanın nəzarətində olan ərazilərinin 40 faizini işğaldan azad edib:

“İkinci mərhələdə Azərbaycan artıq siyasi və diplomatik danışıqlarda öz müzəffər ordusunun təzyiqi ilə 30 faiz ərazini hərbi əməliyyatlar aparmadan qaytarmış oldu. Hazırda 30 faiz ərazi Azərbaycanın nəzarətindən kənar qalıb. Azərbaycan bu ərazini daha hərbi yolla deyil, hətta siyasi-diplomatik yolla da deyil, ancaq iqtisadi yolla, tədricən Dağlıq Qarabağın Azərbaycana inteqrasiya edilməsi yolu ilə qaytaracaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]