“Facebook”un diqtəsinə tabe olmarıq – Ərdoğan

Türkiyə sosial şəbəkələrin diktəsinə tabe olmayacaq.

AKTUAL TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Feysbuk və Tvitterin Ağ Ev rəhbəri Donald Trampla bağlı qərarını şərh edərkən deyib.

“İnternet və sosial şəbəkələrin bizə verdiyi rəqəmsallaşma və arxaynlıq ciddi risklər yaradır. ABŞ-da seçkilər ətrafında baş verən mübahisələr göstərdi ki, rəqəmsal faşizm nələrə gətirib çıxara bilər. Əsas təhlükə odur ki, terrorçular sosial şəbəkələr vasitəsilə siyasətə müdaxilə edirlər. Biz sosial şəbəkələrin bir çox özbaşınalıq halları ilə qarşılaşdıq, lakin onların diktəsinə tabe olmayacağıq”, – deyə türk lider bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyədə milli mesajlaşma xidmətlərindən istifadə artır və bu getdikcə güclənib-genişləniləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]