ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək – YENİLƏNİB

“Biz qayıtdıqdan sonra komandamızı təşkil edəcəyik. Orada üzv ölkələrin nümayəndələri təmsil olunacaq. Həmiçinin qeyri-üzv ölkələrdən də orada nümayəndələr iştirak edəcək”.

 AKTUAL TV xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

“Səfərin tarixi ilə bağlı hələ ki, heç nə deyə bilmərəm. Həftənin sonunda bununla bağlı ekspertləri təyin edəcəyik. Onların səlahiyyətlərini müəyyənləşdirməliyik. Biz ümid edirik ki, fevralın sonunda texniki komanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək”, – o bildirib.

17:10

“Ermənilər etnik təmizləmə ilə yanaşı, mədəni irsin məhv edilməsi siyasətini də həyata keçiriblər. Hətta qəbiristanlıqlarımız da dağıdılıb. Bunlar cinayətdir”.

AKTUAL TV xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.

“Biz əminik ki, ICESCO bu faktları gördükdən sonra hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim ediləcək. Azad olunmuş ərazilərə texniki missiya göndərəcək. Həmin missiya dağıdılmış yerləri qeydiyyata alacaq və beynəlxalq ictimaiyyətə təqdim edəcək”, – nazir bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]