“Kommunikasiyaların açılması ilə ənənəvi erməni iddiaları puç olacaq” – Aqil Məmmədov

“11 yanvarda Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilmiş görüş və orada imzalanmış bəyannamə ətrafında diskussiyaların davam etdirilməsi təbii haldır.

Bu diskussiyalar təkcə bizdə deyil, Ermənistan cəmiyyətində də gedir. Fərq ondan ibarətdir ki, onlarda Moskva görüşünün nəticələri Ermənistanın növbəti uğursuzluğu kimi qiymətləndirilir. Əslində də, belədir”.

Bu fikirləri AKTUAL TV -yə açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkili hesab edir ki, indiki mərhələdə Azərbaycanın iqtisadi məsələləri, həmçinin, kommunikasiyaların açılmasını ön plana çəkməsi, əslində siyasi gedişlərdir: “Ermənilər öz işğalçılıq siyasətinə, eyni zamanda, Dağlıq Qarabağdakı bölücülük fəaliyyətlərinə hər zaman onunla haqq qazandırmağa çalışıblar ki, Azərbaycan xalqı ilə bir yerdə yaşamaq onlara təhlükə yaradır. Hazırda, bölgədə olan Rusiya sülhməramlıları da Qarabağdakı erməni icmasını “təhlükədən” qorumaq üçün orada olduğunu bildirir. Belə bir şəraitdə Azərbaycan kommunikasiya xətlərinin açılmasını təşviq etməklə, ermənilərin planlarını alt-üst edir. Əgər sabah Ermənistan Azərbaycan ərazisindən – avtomobil və dəmir yolu vasitəsilə tranzit kimi istifadə edəcəksə, artıq, Azərbaycan xalqı ilə birgə yaşayışın təhlükəliliyi iddiası ortadan qalxacaq. Necə ola bilər ki, Azərbaycanın bir hissəsindən nəqliyyat yolu kimi təhlükəsiz istifadə edirsən, digər bölgəsində sənin üçün təhlükə var? Bu halda, artıq, bizdə çoxlarını narahat edən sülhməramlılara da gələcəkdə ehtiyac qalmayacaq. Həmçinin, Xankəndi, Ağdərə, Xocavənd üzərindən keçən yollar da açılacaq”.

A.Məmmədov hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan dəqiq siyasət həmişə olduğu kimi bu məsələdə də öz müsbət nəticələrini verəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]