Şuşadakı Qazançı kilsəsi də bərpa ediləcək – RƏSMİ

“İşğaldan azad edilmiş bölgələrdəki xristian abidələri də bərpa ediləcək, biz abidələrin heç birinə fərq qoymuruq”.

 AKTUAL TV xəbər verir ki, bunu açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, hazırda Alban kilsələrinin bərpası üçün tam şərait yoxdur: “Təəssüf ki, bütün Alban kilsələrinə tam nəzarət bizdə deyil. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng monastırı bizim nəzarətimizdədir, lakin Gəncəsar və Amaras monastırları hələlik bizim nəzarətimizdə deyil. O abidələr ki, bizim nəzarətimizdədir, mütləq bərpa ediləcək. Biz Şuşadakı Qazançı kilsəsini də bərpa edəcəyik. ICESCO-nun Baş direktorunun Azərbaycan Prezidenti ilə görüşü zamanı da belə bir təklif irəli sürülüb ki, İCESCO iki məscid və bir kilsənin təmir edilməsini həyata keçirmək istəyir. Məncə bu da çox vacib mesajdır ki, İCESCO müsəlman dünyasının təşkilatı olaraq kilsənin də bərpasında iştirak edir”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]