Azərbaycanda 7 siyasi partiya və 45 mətbu nəşr qeydiyyata alınıb

Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb.

 AKTUAL TV -nin məlumatına görə, Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransında nazir Fikrət Məmmədov deyib ki, çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 7 siyasi partiya, habelə 145 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 45 mətbu nəşr uçota götürülüb.

İclasda dövlət başçısının bütün sahələrdə islahatlarının davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, büdcə xərclərinə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməməsi ilə bağlı və digər tapşırıqları diqqətə çatdırılaraq ədliyyə fəaliyyətinin ölkə Prezidentinin yüksək tələbləri səviyyəsində qurulması, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyinin, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]