Almaniya ölkə üzrə komendant saatı rejiminə hazırlaşır

Almaniya COVID-19-la mübarizədə indiyə kimi ən sərt karantin rejimini tətbiq etməyə hazırlaşır.

AKTUAL TV -nin xəbərinə görə, yanvarın 19-da Almaniya kansleri Angela Merkel və əyalət baş nazirləri arasında keçiriləcək görüşdə ölkə üzrə komendant saatının tətbiq olunması ilə bağlı qərarın veriləcəyi gözlənilir.

Səbəb isə ilk dəfə İngiltərədəki mutasiyaya uğramış virusun Almaniyada da sürətli bir şəkildə yayılması və ölüm hallarının artmasıdır.

Ölkə üzrə komendant saatı elan olunsa, Almaniyada ictimai nəqliyyatın hərəkət qrafikinə dəyişiklik ediləcək, marketlər və apteklər 3-4 saatlıq iş rejiminə keçəcək, məktəb və uşaq bağçaları bağlanacaq, qida sənayesindən başqa bütün sənaye sahələrində çalışanlar işlərinə bir ay müddətinə fasilə verməli olacaq və ya evdən işləyəcəklər.

Eyni zamanda ölkə üzrə küçəyə çıxma qadağası tətbiq olunacaq.

Buna baxmayaraq, komendant saatının tətbiq olunmasına əyalət baş nazirlərinin çoxu birmənalı fikir bildirməyiblər.

Almaniyada infeksion xəstəlikləri öyrənən Robert Kox İnsitutunun yaydığı məlumata görə, hazırda ölkədə 302 300 aktiv koronavirus xəstəsi var. İndiyə kimi bu xəstəlikdən 46 633 nəfər həyatını itirib, 1 691 700 nəfər isə virusla mübarizədə qalib gəlib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]