Böyük Səhraya qar yağıb

Əlcəzairdə Böyük Səhranın kənarında yerləşən Ayn Sefra qəsəbəsinə qar yağıb.

AKTUAL TV Rusiya KİV-inə istinadən xəbər verir ki, səhranın bir hissəsi ağ rəngə bürünüb.

Yerli fotoqraf Kərim Buşetata qeyri-adi mənzərəni çəkmək fürsətini qaçırmayıb.

Ümumiyyətlə, Əlcəzairdə havanın temperaturu yanvarın 10-dan sürətlə aşağı düşməyə başlayıb və yanvarın 13-də hətta mənfi tempratur qeydə alınıb. İnternetdə digər istifadəçilər də qarla örtülmüş qum təpələrinin fotolarını paylaşırlar.

Böyük Səhranın qapıları adlandırılan Ayn Sefra qəsəbəsi Atlas dağlarının yanında yerləşir, buna görə burada soyuq hava qeyri-adi hal deyil, lakin bu ərazidə qar tez-tez görünmür. Daha əvvəl 2018-ci ilin yanvarında bura qar yağmışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]