Ermənistana yeni səhiyyə naziri təyin olunub

Ermənistan səhiyyə nazirinin müavini Anait Avanesyan ölkənin yeni səhiyyə naziri təyin olunub.

AKTUAL TV “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 18-də bununla bağlı sərəncam imzalayıb.

Keçmiş səhiyyə naziri Arsen Torosyanın hökumət administrasiyasının rəhbəri təyin olunacağı gözlənilir.

14:37

Ermənistanın səhiyyə naziri Arsen Torosyan istefa ərizəsi yazıb.

AKTUAL TV xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV yayıb.

Prezident Armen Sarkisyan onun ərizəsini qəbul edib və vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Məlumata görə, Ermənistanın yeni səhiyyə naziri Anait Avanesyan olacaq.

O, daha öncə səhiyyə nazirinin müavini vəzifəsində işləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]