Fransa parlementində hicab qadağası müzakirə olunub

AKTUAL TV  xəbər verir ki, Fransa parlamentinin aşağı palatası olan Milli Məclis hakim partiya deputatlarının 18 yaşdan aşağı qızların ictimai yerlərdə hicab taxmalarına qadağa qoyulması təşəbbüsünü dəstəkləməkdən imtina edib.

Milli Məclisin xüsusi komitəsi “İslam Separatizminə qarşı Qanun” kimi tanınan və daha sonra “Respublika dəyərlərinin möhkəmləndirilməsi” adını alan qanun layihəsini müzakirə edib.

Sənəd hakim partiyanın millət vəkilləri Oror Berje və Jan-Batise Moro tərəfindən hazırlanıb. Layihədə 18 yaşınadək qızların ictimai yerlərdə hicab geyinmələrinin qadağan olunmasını təklif edən maddələr də yer alıb.

Komitə bu müddəaları “ekstremist maddələr” adlandırıb və qanun layihəsindən çıxarıb. 

Beləliklə də, bu gündən etibarən Fransa Milli Məclisi “Respublika dəyərlərinin möhkəmləndirilməsi haqqında” qanun layihəsini sözügedən müddəalar olmadan müzakirəsinə başlayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]