Argentinada baş verən güclü zəlzələ sakinlər arasında təşviş yaradıb

Argentinanın San Xuan əyalətində baş verən güclü zəlzələ nəticəsində əyalətin qismən qaranlığa qərq olması yerli sakinlər arasında təşvişə səbəb olub.

AKTUAL TV xəbər verir ki, bu barədə yerli “Tiempo de San Juan” nəşri məlumat verib.

Argentinanın Seysmologiya Xidmətinin yenilənmiş məlumatlarına görə, 6,5 maqnitudalı təkanlar 8 kilometr dərinlikdə baş verib. Bunun ardınca təkrar təkanlar olub, lakin daha aşağı dərinlikdə və daha az gücdə (4,4).

Zəlzələnin episentri Media Aqua şəhərinə düşüb.

Zəlzələ yalnız San Xuan əyalətində deyil, qonşu regionlarda, hətta zəlzələ ocağından minlərlə kilometr məsafədə yerləşən paytaxt Buenos Ayresdə də hiss edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]