Avropada aşağı temperatur rejimi həyatı iflic etdi

Bir sıra Avropa ölkələrində rekord səviyyədə aşağı temperatur qeydə alınıb.

 AKTUAL TV -nin məlumatına görə, kəskin hava şəraiti nəqliyyatın hərəkətini iflic edib və yol nəqliyyat hadisələrinin artmasına səbəb olub.

Polşada son 11 ildə ilk dəfə havanın temperaturu -28 dərəcəyə düşüb. Varşavada şaxta nəticəsində dəmir yolları çatlayıb ki, bu da qatarların hərəkətində gecikmələrə səbəb olub.

Çexiyanın bir sıra vilayətlərində də 20 dərəcəyədək şaxta qeydə alınıb. Ölkə sinoptikləri ötən gecəni ilin ən soyuq gecəsi kimi qeydə alıblar.

İsveçrə və Almaniyada da meteoroloji vəziyyət ürəkaçan deyil. Almaniyada xilasedicilər yolları təmizləyir, kökündən çıxarılmış ağacları kənara çəkirlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]