Çində koronavirusun yeni episentri aşkarlanıb

Çində son sutkada 118 nəfərdə COVID-19 aşkarlanıb, bunlardan 106-sı ölkə daxilində müəyyən edilib.

AKTUAL TV xəbər verir ki, bunu Çinin Dövlət Səhiyyə Komitəsi açıqlayıb.

Lakin son 24 saatda ölkədə koronavirus ilə əlaqədar ölüm halı qeydə alınmayıb.

Məlumata görə, ərazidaxili yoluxma hallarının sayına görə Szilin vilayəti episentrə çevrilib. Ötən gün həmin bölgədə 43 yoluxma faktı qeydə alınıb. Halbuki 2 gün öncə bu rəqəm 30 olub.

Daha öncə ən ağır vəziyyət ölkənin şərqindəki Hubey vilayətində müşahidə olunub. Son sutkada bu vilayətdə 35 yoluxma halı aşkarlanıb. Onların hamısı vilayətin inzibati mərkəzi – Şitszyaxjuanda təsbit edilib. 2 gün öncə Hubeydə 54 yoluxma halı (Şitszyaxjuanda – 52) aşkarlanmışdı.

Pekinin Hubey vilayətində yerləşməsi səbəbindən epidemioloji durumu əlverişsiz olan vilayət ərazilərindən paytaxta giriş məhdudlaşdırılıb. Paytaxtda ötən gün yoluxma halı müəyyən edilib.

Qeyd edək ki, Çində indiyədək 88 454 nəfərdə COVID-19 aşkarlanıb, onlardan 4 635 nəfər vəfat edib, 82 432 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD – 19 qoyub martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]