FTB: Cozef Baydenin andiçmə mərasimi üçün təhlükə var

Federal Təhqiqatlar Bürosunun (FTB) əldə etdiyi məlumatlara görə, yeni seçilmiş prezident Cozef Baydenin 20 yanvar tarixində keçiriləcək andiçmə mərasiminə sağçı radikallar müdaxilə edə bilər.

AKTUAL TV “The Washington Post”a istinadən xəbər verir ki, qurumun hazırladığı xüsusi hesabatda qarşıdakı mərasimə radikal qrupların, fərdi ekstremistlərin, o cümlədən Kapitoli binasına 6 yanvar hücumunda iştirak etmiş sui-qəsdlər nəzəriyyəsi “Qanon” tərəfdarlarının soxulmağa çalışa biləcəyi göstərilir.

Hüquq-mühafizə orqanlarına təqdim olunmuş hesabata əsasən, həmin qruplar andiçmə mərasiminə soxulmaq üçün Vaşinqtonda hansı ərazilərin daha əlverişli olduğuna dair müzakirələr belə aparıblar. O cümlədən “Qanon” tərəfdarları bu məqsədlə Milli Qvardiya əsgəri geyimində mərasim keçirilən salona necə girə biləcəklərini götür-qoy edirmişlər.

Xatırladaq ki, yanvarın 6-da prezident Donald Trampın tərəfdarları həmin gün 3 noyabr seçkilərinin nəticələrini müzakirə edən Konqresin binasına hücum ediblər. İğtişaşlar nəticəsində ölən və yaralananlar oldu, xeyli sayda etirazçı saxlanılıb. Sonradan müzakirələrini davam etdirən Konqres üzvləri C.Baydenin seçkilərdə qələbə çaldığını rəsmən təsdiqləyiblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]