Qətər körfəz ölkələrini İranla danışıqlara başlamağa çağırıb

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bu yaxınlarda Doha ilə münasibətləri bərpa edən və embarqonu aradan qaldıran Körfəzin ərəb ölkələrini İranla problemləri müzakirə etmək məqsədilə danışıqlara başlamağa çağırıb.

AKTUAL TV “Bloomberg” telekanalına istinadən xəbər verir ki, o, Qətərin bu prosesə hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qətərin xarici siyasət idarəsinin rəhbəri rəsmi Dohanın bu danışıqların baş tutacağına inandığını deyib. Onun sözlərinə görə, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin əksəriyyəti buna müsbət yanaşır.

Qeyd edək ki, yanvarın əvvəlində Səudiyyə Ərəbistanında Qətərlə Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn arasında münasibətlərin tənzimlənməsinə dair kommunike imzalanıb. Bununla da onların arasında 3 il əvvəl başlamış və SSRİ ilə ABŞ arasında baş verən “soyuq müharibə” ilə müqayisə olunan gərginliyə son qoyulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]